AZ

"Ronaldu üçün dünya kubokunu qazanmaq istəyirəm"

Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinya Kriştianu Ronaldu ilə bağlı komanda yoldaşı olmasından danışıb.

Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı portuqaliyalı futbolçunun fikirlərini belə çatdırıb:

"Kriştianu ilə eyni komandada olmaq möhtəşəmdir. O, tarixin ən böyük futbolçularından biridir. Ronaldu ilə eyni komandada oynamaqdan, ondan öyrənməkdən və hər gün onun nə qədər peşəkar olduğunu görməkdən qürur duyuram. Ondan futbola münasibəti, yüksək peşəkarlığı və ciddiliyi öyrənmişəm. Kriştianu heç nəyi şansa buraxmır. Meydana çıxanda 100 faiz hazır olur və komanda üçün əlindən gələni edir. Onunla və onun üçün dünya çempionatını qazanmaq istəyirəm".

Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. K qrupunda yer alan Portuqaliyanın rəqibləri Kolumbiya, Özbəkistan və Konqo olacaq.

Mirağa

Seçilən
2
1
fanat.az

2Mənbələr