AZ

UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir

Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda dünyada şəhərlər iqlim və təbii böhranların ön cəbhəsində yerləşir.

Anaklaudia Rossbax onu da əlavə edib ki, bəşəriyyət urbanizasiya səviyyəsinin 50 faizdən yaxın 20 il ərzində təxminən 70 faizə yüksəlməsi istiqamətində irəliləyir. Bu proses iqlim çağırışlarının, təbii fəlakətlərin və münaqişələrin artması fonunda baş verir.

Anaklaudia Rossbax qeyd edib ki, gələcəyin dayanıqlı şəhərlərini qurmaq üçün dünyaya yeni yanaşmalar və innovasiyalar lazımdır.

BMT-nin UN-Habitat:
Seçilən
67
3
apa.az

4Mənbələr