Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yaxın 15 ildə süni intellektin bir sıra peşələri tam və ya qismən əvəz edəcəyi bildirilib.
Milli.Az xəbər verir ki, bəzi sahələrdə isə insan əməyi hələ də əsas rol oynayacaq.
Süni intellektin inkişafı ilə ən çox risk altında olan peşələr sırasında məlumatların daxil edilməsi (data entry), mühasibat, yük çatdırılması, taksi, müştəri xidmətləri nümayəndəliyi (call center), inzibati hüquqi yardım, kassir, auditor, rentgen texniki, SMM yazarı, dizayner, barmen, barista yer alır.
Bununla yanaşı,bəzi peşələr də var ki, onların yaxın 15 ildə tam şəkildə süni intellekt tərəfindən əvəz olunması real görünmür.
Bu kateqoriyaya cərrahlar və digər həkimlər, müəllimlər, psixoterapevtlər, santexniklər, müxtəlif ustalar, mexaniklər, bərbərlər, rəssamlar, tibb bacıları, memarlar, mühəndislər, prorablar, qaynaqçılar, hakimlər, vəkillər, polis əməkdaşları, yanğınsöndürənlər, xilasedicilər, aşpazlar, bağbanlar, aqronomlar, dırnaq ustaları və saç ustaları daxildir.
Qeyd olunur ki, Azərbaycanda bu prosesin tempi digər ölkələrlə müqayisədə fərqli ola bilər. Bununla belə, qlobal tendensiya göstərir ki, gələcəkdə peşə seçərkən süni intellektin əmək bazarına təsiri mütləq nəzərə alınmalıdır.
Valideynlərə tövsiyə edilir ki, övladlarının gələcək peşəsini seçərkən həmin sahənin uzunmüddətli perspektivlərini və texnologiyanın inkişaf sürətini diqqətdə saxlasınlar.
Mina Mikayılova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.