AZ

Qvardiolanı o əvəz edəcək


İtaliyalı Enzo Mareska ispaniyalı Xosep Qvardiolanın gedişindən sonra İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Enzo Mareska “Mançester Siti” ilə şifahi razılığa gəlib. İtaliyalı məşqçi həmişə Xosep Qvardiolanın yerini tutmaq üçün ideal namizəd hesab olunub. Mareska "Mançester Siti" ilə ilkin üç illik müqavilə imzalayacaq”, - Romano qeyd edib.
Qeyd edək ki, bundan əvvəl “Daily Mail” qəzeti Qvardiolanın mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını bildirmişdi.
Xatırladaq ki, 46 yaşlı Mareska yanvar ayında 2024-cü ilin yayından bəri məşqçilik etdiyi “Çelsi” klubundan istefaya göndərilib. 2025-ci ildə London komandası onun rəhbərliyi altında Konfrans Liqasını və FIFA Klublararası Dünya Kubokunu qazanıb.
Mareska əvvəllər “Vest Hem”, “Mançester Siti” və “Sevilya”da köməkçi məşqçi vəzifəsini tutub. O, həmçinin 2024-cü ildə İngiltərə ikinci divizionunun qalibi olduğu “Lester Siti”ni də idarə edib.
Seçilən
1
yeniavaz.com

1Mənbələr