AZ

Ukrayna Latviya ərazisindən Rusiyaya qarşı zərbələr endirməyə hazırlaşır

Kiyev rejimi Latviya ərazisindən Rusiyaya qarşı zərbələr endirməyə hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski beləliklə, Ukrayna Silahlı Qüvvələrinin guya qorunub saxlanılan döyüş potensialını Avropaya nümayiş etdirmək əzmindədir.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

“Zelenski rejimi Avropadakı ideoloji və maliyyə himayədarlarına Ukrayna Silahlı Qüvvələrinin davamlı döyüş potensialını və Rusiya iqtisadiyyatına zərər vurmaq qabiliyyətini nümayiş etdirmək əzmindədir. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı məhz bunu nəzərə alaraq Rusiya Federasiyasının arxa bölgələrinə qarşı bir sıra yeni terror hücumları həyata keçirməyə hazırlaşır", - deyə vurğulanıb.

Məlumata görə, Kiyev Baltikyanı ölkələr tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilən hava dəhlizlərindən istifadə etməklə məhdudlaşmaq niyyətində deyil:

"Bu dövlətlərin ərazisindən də pilotsuz təyyarələrin buraxılması planlaşdırılır. Gözlənilir ki, bu taktika hədəflərə uçuş müddətini əhəmiyyətli dərəcədə azaldacaq və terror hücumlarının effektivliyini artıracaq", - deyə qeyd olunub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
14
missiya.az

10Mənbələr