AZ

Pakistanlı rəsmi: “Apni Chhat Apna Ghar” layihəsi ilə 200 min ailə ev sahibi olub

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Biz Pakistandan Bakıya öz layihəmizi təqdim etmək üçün gəlmişik. Layihənin adı “Apni Chhat Apna Ghar”dır”.

Bu fikirləri Adnan Irshad Bizimyol.info-ya səsləndirib. O bildirib ki, layihə Pəncab hökuməti tərəfindən Maryam Nawaz rəhbərliyi altında həyata keçirilən ən böyük mənzil proqramıdır.

Adnan Irshad qeyd edib ki, layihənin əsas məqsədi cəmiyyətin ən kasıb təbəqəsini mənzillə təmin etməkdir. Bu məqsədlə aztəminatlı ailələrə təxminən 200 milyard Pakistan rupisi həcmində maliyyə dəstəyi ayrılıb.

Onun sözlərinə görə, mənzil sektorunda əsas problemlərdən biri dövlət proqramlarında şəffaflıq və idarəetmənin effektivliyidir. “Apni Chhat Apna Ghar” layihəsində isə bu məsələlərə xüsusi diqqət yetirilir:

“Vəsaitlər kiçik və orta maliyyə institutları vasitəsilə aztəminatlı insanlara təqdim olunur. Eyni zamanda xüsusi portal vasitəsilə müraciət edən şəxslərin uyğunluq meyarları yoxlanılır”.

Pakistanlı rəsmi vurğulayıb ki, artıq layihə çərçivəsində təxminən 200 min ev ehtiyac sahibi ailələrə təqdim olunub və proqram tamamilə sosial yönümlü xarakter daşıyır.

Adnan Irshad əlavə edib ki, layihə iqtisadi baxımdan da mühüm təsir yaradır. Onun sözlərinə görə, bazara daxil edilən 200 milyard Pakistan rupisi ölkədə iqtisadi canlanmaya səbəb olub:

“Bu məbləğ Pakistanın ÜDM-nin təxminən 0,5 faizinə bərabərdir”.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
bizimyol.info

1Mənbələr