AZ

Yaponiya və Cənubi Koreya liderləri kritik məsələləri müzakirə edəcək

Yaponiyanın Baş naziri Sanae Takaiçi mayın 19-da Cənubi Koreyaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, Yaponiya hökumət başçısı səfər çərçivəsində Cənubi Koreya Prezidenti Li Çje Myonq ilə görüşəcək. Görüşün prezidentin doğulduğu Andonq şəhərində keçirilməsi planlaşdırılır.

Bildirilir ki, Sanae Takaiçinin təhlükəsizliyinin təmin olunması məqsədilə hava limanı və ətrafına təxminən 170 polis əməkdaşı cəlb olunub, həmçinin 40 patrul avtomobili və motosiklet xidmət aparıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Şimali Koreya və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.

Yaponiya hökumət rəsmilərinin sözlərinə görə, görüşdə iqtisadi təhlükəsizlik məsələləri, xüsusilə də minerallar üzrə dayanıqlı təchizat zəncirlərinin qurulması mövzusu da gündəmdə olacaq.

Liderlərin, həmçinin Çin Prezidenti Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında ötən həftə Pekində keçirilən görüş ətrafında fikir mübadiləsi aparacaqları gözlənilir.

Görüşdən sonra Sanae Takaiçi və Li Çje Myonq mətbuata birgə bəyanat verəcək, daha sonra isə qala şam yeməyində iştirak edəcəklər.

Yaponiya Baş nazirinin mayın 20-si səhər saatlarında ölkəsinə qayıdacağı bildirilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr