AZ

“Mareska “Mançester Siti” ilə 3 illik müqavilə imzalayıb” - Romano

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, Entso Mareska Mançester təmsilçisinin sükanı arxasına keçəcək.

Bildirilir ki, 46 yaşlı italiyalı mütəxəssis “şəhərlilər”lə 3 illik müqavilə imzalayıb.

Daha əvvəl İngiltərə mətbuatında “Mançester Siti”nin yaxın günlərdə Xosep Qvardiolanın ayrılığı ilə bağlı açıqlama yayacağı iddia olunurdu. 55 yaşlı ispaniyalı mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Mareska əvvəllər Qvardiolanın məşqçilər korpusunda çalışıb və son olaraq “Çelsi”ni çalışdırıb.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr