Bakı, 19 may, AZƏRTAC
Amerikalı imam Taha Hassan bazar ertəsi günü Kaliforniyanın San Dieqo şəhərindəki İslam Mərkəzində beş nəfərin ölümünə səbəb olan atışmanı “son dərəcə iyrənc” adlandırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisənin baş verdiyi San Dieqo İslam Mərkəzinin direktoru vəzifəsində çalışan Taha Hassan jurnalistlərə bildirib: “Biz əvvəllər belə bir faciə yaşamamışıq”.
Hakimiyyət orqanları bazar ertəsi bildirib ki, İslam Mərkəzində baş verən atışmada üç qurban və iki şübhəli terrorçu öldürülüb.
İcmaya dəstək ifadə edən Hassan şəhərdəki bütün ibadət yerlərinin, o cümlədən məscidlərin həmişə qorunmalı olduğunu deyib. O əlavə edib: “İbadət yerini hədəf almaq son dərəcə iyrəncdir. Bizim İslam Mərkəzimiz ibadət məkanıdır. Təkcə müsəlmanlar deyil, həm də bütün dinlərin mənsubları buraya insanlar dua etmək, öyrənmək üçün gəlirlər”.
İmam əlavə edib: “Ölkənin hər yerindən, hətta xaricdən başsağlığı vermək üçün bizimlə əlaqə saxlayan insanlara və kömək təklif edənlərə dərin minnətdarlığımı bildirəm”.