AZ

Mənzil əlçatanlığı ilə bağlı heç kəs kənarda qalmamalıdır -

“Bu sahədə əsas prinsiplərdən biri ayrı-seçkiliyin olmamasıdır. Mənzil əlçatanlığı ilə bağlı heç kəs kənarda qalmamalıdır, xüsusilə risk altında olan qruplara xüsusi diqqət yetirilməlidir”.Mətbuat.az xəbər verir ki, bu fikirləri BMT-nin Mənzil Hüququ üzrə xüsusi məruzəçisi Koldo Kasla Ümumdünya Şəhərsalma Forumunun üçüncü günündə “Qlobal Mənzil Böhranı: Plan Nədir? adlı panel müzakirələrdə çıxışı zamanı deyib. Xüsusi məruzəçi vurğulayıb ki, dövlətlər sosial hüquqları, o cümlədən mənzil hüquqlarını təmin etmək üçün maksimum resursları səfərbər etməlidirlər: “Bu istiqamətdə geri addım atmaq olmaz. Əldə olunmuş nailiyyətlərlə irəliləmək vacibdir. Mənzil hüququnun pozulması ilə bağlı hər kəs BMT-yə müraciət edə bilər. Mən və komandam bu müraciətləri araşdırır və prosesi izləyirik”, - deyə Koslo Kaslo qeyd edib.

Aynur Abdınova / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr