AZ

Ədəbiyyat Muzeyi 1 gündə 3 mindən çox ziyarətçi qəbul edib

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Hər il olduğu kimi, bu il də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Ədəbiyyat Muzeyindən verilən məlumata görə, gün ərzində bu elm və mədəniyyət ocağını çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən qonaqlar ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Gün ərzində muzeyə gələnlərin sayı 3278 nəfər olub.

Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

Q.YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
3
xalqqazeti.az

4Mənbələr