ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Bu günə kimi Şuşada 27 tarixi abidə, 5 məscid, 3 kilsə bərpa olunub".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, abidələrin bəziləri sıfırdan bərpa olunub:
"Onların içərisində karvansaralar da var. Bu işlər davam edəcək.
Bu il də Şuşada 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq. Bu məsuliyyəti bir layihədir. Yaxın zamanda prosesə start veriləcək. Xüsusi əhəmiyyətli abidə komplekslərinin layihələndirilməsinə başlanılacaq".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.