AZ

İran ABŞ qarşısında şərtləriniAÇIQLADI

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-yə təqdim edilən son təklifdə Tehranın əsas tələblərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Qəribabadi çərşənbə axşamı parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ilə görüşdə İranın ABŞ-dən sanksiyaların ləğvini, dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılmasını və Vaşinqtonun tətbiq etdiyi dəniz blokadasına son qoyulmasını tələb etdiyini deyib.

Onun sözlərinə görə, təqdim olunan təklifdə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması da əsas şərtlərdən biri kimi yer alıb.

Qəribabadi əlavə edib ki, İran tərəfi müharibə nəticəsində dəyən ziyana görə ABŞ-dən kompensasiya ödənilməsini, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılmasını, həmçinin birtərəfli sanksiyalar və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvini tələb edir.

Nazir müavini bildirib ki, İranın danışıqlar qrupu ölkənin uran zənginləşdirmə hüququndan geri çəkilməyəcəyini də qarşı tərəfin diqqətinə çatdırıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
23
redaktor.az

1Mənbələr