AZ

AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü Bu dəfə 45 minə

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu fiziki şəxs Kərimov Etibar Həmzə oğlu (VÖEN – 1700495512) ilə müqavilə imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Müqavilənin şərtlərinə görə, Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 17-ci Dağlıq küçəsi, 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 545 kv.metr olan hissəsini icarəyə götürüəcək və icarə haqqı olaraq Kərimov Etibar Həmzə oğluna bir il üçün (26.05.2026 – 26.05.2027) 44 min 733 manat 60 qəpik ödəyəcək.

Onu da bildirək ki, Etibar Kərimov qeyd olunan ünvandakı qeyri-yaşayış sahəsini 3 ildir Qida Təhlükəsizliyi İnstitutuna icarəyə verir. Bundan başqa Etibar Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-yə də müxtəlif vaxtlarda anbar sahəsi icarəyə verib.Elnur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
yeniavaz.com

3Mənbələr