AZ

Həftədə 5 dəfə yeyənlərdə risk 27% azalır İllərlə ürəyə zərərlidir deyilirdi, beynin ən faydalı qidası imiş

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İllərdir xolesterini artırdığı və ürəyə zərər verdiyi düşünülən yumurta ilə bağlı yeni araşdırma diqqət çəkib. Alimlər bildirirlər ki, yumurta beyin sağlamlığı üçün olduqca faydalıdır və Alzheimer riskini azalda bilər.Demokrat.az xəbər verir ki, “Journal of Nutrition” jurnalında dərc olunan araşdırmada 40 minə yaxın yaşlı insan 15 ildən çox izlənilib. Nəticələrə görə, müntəzəm yumurta yeyən şəxslərdə Alzheimer xəstəliyinə tutulma riski daha aşağı olub.Araşdırmada həftədə ən azı 5 yumurta istifadə edənlərdə riskin 27 faiz azaldığı müəyyən edilib. Hətta ayda və ya həftədə bir dəfə yumurta yeyənlərdə belə riskin 17 faiz aşağı olduğu bildirilib.Mütəxəssislərin sözlərinə görə, yumurtanın tərkibində beyin fəaliyyəti üçün vacib olan xolin, B12 vitamini, lutein və omeqa-3 yağ turşuları var. Bu maddələr yaddaşı gücləndirir, beyin hüceyrələrini qoruyur və iltihab riskini azaldır.Araşdırmaya rəhbərlik edən alimlər qeyd edirlər ki, yumurtanın faydası digər zülal mənbələri ilə tam əvəz olunmur. Bu da onun xüsusi qida dəyərinə malik olduğunu göstərir.Mütəxəssislər yumurtanın yalnız ağının deyil, sarısının da istifadə edilməsini tövsiyə edirlər. Çünki beynə faydalı olan xolinin böyük hissəsi və B12 vitamini məhz sarıda yerləşir.Bununla yanaşı, yumurtanın sağlam qidalanma rejiminin bir hissəsi kimi qəbul edilməsinin vacibliyi vurğulanır. Qızartma əvəzinə qaynadılmış şəkildə istifadə olunması daha faydalı hesab edilir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
demokrat.az

1Mənbələr