AZ

Bakı-Tbilisi reysi soydaşlarımızın problemlərinin həllinə dəstək olacaq – Fazil Mustafa

Xəbər verdiyimiz kimi, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətləri bərpa olunur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Fazil Mustafa bildirdi ki, nəqliyyatla bağlı hansısa bir hadisənin baş verməsini, əlbəttə, müsbət qiymətləndirirəm:

"Ümumiyyətlə, dəmir yolu sistemində kifayət qədər ciddi işlər görülür və yəqin ki, bu da həmin işlərin nəticəsidir. Bu, çoxdan bərpa olunmalı idi, çünki insanların gediş-gəliş məsələsinin həlli olduqca vacibdir. İnsanların xeyli hissəsi əziyyət çəkir, xüsusilə də təyyarə ilə səyahət imkanı olmayanlar. Ümumilikdə bunu müsbət addım kimi qiymətləndirirəm. Bu həm də turizm üçün vacibdir, çünki insanların tələbatı varsa, onu mütləq nəqliyyatla təmin etmək lazımdır".

NURİYYƏ

Seçilən
4
1
redaktor.az

2Mənbələr