AZ

Rusiyanı yerlə-yeksan edərik! - Budris

Litvanın xarici işlər naziri Kestutis Budris NATO-nun zərurət yaranacağı təqdirdə Rusiyanın Kalininqrad vilayətində yerləşən hərbi obyektlərinə zərbə endirmək imkanlarına malik olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində danışıb.

“Ruslara göstərməliyik ki, onların Kalininqradda qurduğu kiçik qalaya daxil ola bilərik. NATO-nun lazım gələrsə, Rusiyanın hava hücumundan müdafiə bazalarını və raket komplekslərini yerlə-yeksan etməyə imkan verən vasitələri var”, – deyə Budris vurğulayıb.

Onun sözlərinə görə, NATO indiyədək yaradılmış “ən güclü təşkilatdır” və Rusiya ilə mümkün qarşıdurmada “yeganə dəyişən amil alyansın öz həssaslığıdır”.

Litvalı nazir əlavə edib ki, NATO-nun qeyri-rəsmi simvollarından biri kirpidir:

“O, yırtıcıya mesaj verir ki, ‘sən məndən böyük ola bilərsən, amma sənə yaxınlaşmağa imkan verməyəcəyəm. Əgər cəhd etsən, zərər görəcəksən’. Lakin NATO bu konsepsiyanı hələ tam şəkildə reallaşdırmayıb”.

Qeyd edək ki, iyunun 4-dən 19-dək BALTOPS hərbi təlimləri Baltik dənizində keçiriləcək.

Təlimlər zamanı suüstü və sualtı gəmilərin müdafiəsi, desant əməliyyatları və hava hücumundan müdafiə ssenarilərinin məşq etdirilməsi planlaşdırılır.

Bizim.Media

Seçilən
10
3
bizim.media

5Mənbələr