AZ

Azərbaycan və Slovakiya biznes əlaqələrinin gücləndirilməsini müzakirə edib

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan və Slovakiya arasında biznes əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüşmək xoş oldu. Azərbaycan-Slovakiya münasibətlərinin davamlı inkişafını və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələləri vurğuladıq. Ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi, qarşılıqlı investisiyaların fəal təşviqi, sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
4
baku.ws

5Mənbələr