
Kubanın iqtisadi blokadasını qıra bilməyən ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi variantı ciddi şəkildə nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pentaqon hazırda tək bir hava hücumundan tutmuş rejim dəyişikliyi ilə quru müdaxiləsinə qədər variantları araşdırır.
Bildirilib ki, ABŞ Cənub Komandanlığı artıq planlaşdırma təlimi keçirib və xüsusi hərbi planlar hazırlamağa başlayıb. Seçimlər adanı qorxutmaq üçün hədəf hücumundan tutmuş tammiqyaslı işğala qədər dəyişir.
Daşqın HəsənovMissiya.Az