Braziliya Millisinin baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn dünya çempionatı üçün heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bütün mundiallarda oynamış yeganə komanda 26 oyunçudan ibarət yekun siyahıya Neymar da daxil edilib.
Beşqat çempionların bombardiri zədələr səbəbindən 2023-cü ilin oktyabr ayından bəri milli komandada oynamırdı.
Qapıçılar
Alisson (Liverpul)
Ederson (Fənərbağça)
Veverton (Qremio)
Müdafiəçilər
Aleks Sandro (Flamenqo)
Bremer (Yuventus)
Danilo Luiz (Flamenqo)
Duqlas Santos
Qabriel Maqalyaes (Arsenal)
Rojer İbanyes (Əl-Əhli)
Leo Pereyra (Flamenqo)
Markinyos (PSJ)
Uesli (Roma)
Yarımmüdafiəçilər
Bruno Qimaraynş (Nyukasl)
Kazemiro (Mançester Yunayted)
Danilo Santos (Botafoqo)
Fabinyo (Əl-İttihad)
Lukas Paketa (Flamenqo)
Hücumçular
Endrik (Olimpik Lion)
Qabriel Martinelli (Arsenal)
İqor Tyaqo (Brentford)
Luiz Enrike
Mateus Kunya (Mançester Yunayted)
Neymar (Santos)
Rafinya (Barselona)
Rayan (Bornmut)
Vinisius Junior (Real Madrid)
Xatırladaq ki, 11 iyunda başlayacaq DÇ-2026-da Braziliya millisi C qrupunda Şotlandiya, Haiti və Mərakeşə rəqib olacaq.