AZ

Günün fotosu - Drona qarşı "bron" yoxdur

Bu şəkil bu gün Moskvada çəkilib, rus mediasında tirajlanır.

Göründüyü kimi, park edilmiş avtomobillər bərbad hala düşüb. Bu, Ukraynadan kütləvi şəkildə Moskva üzərinə göndərilmiş dronların əsəridir.

Kiyevdə yaşayış binalarının yerlə bir edilməsindən sonra ukraynalı hərbçilərin cavabı da Moskvadakı hədəfləri vurmaq olub. Ukraynanın dronu Rusiyanın “bron”unu dəlib keçib.

Artıq savaşan tərəflər hərbi hədəflərdən yavaş-yavaş mülki hədəfləri keçir, qırmızı xətləri adlayırlar.

Əslində nə qırmızı xətt? Qırmızı xətt 2014-cü ildə bir dəfə, 2022-ci ilin fevralında isə ikinci dəfə keçilib. Ondan sonra qırmızı xətt ağı xəttə qarışıb, onların üstündən də qara xətt çəklib.

kiyfot.jpg

                                                            Kiyev, 15 may, 2026-cı il

O gün Kiyevdə Rusiyanın ballistik raketinin zərbəsi nəticəsində külü göyə sovrulmuş məhəlləyə, bu gün Moskvada vurulan evlərə və avtomobillərə baxanda müharibənin amansızlığı bir daha göz önünə gəlir.

Yəqin ki, Kiyevdə məhv edilən məhəllədə Rusiyaya rəğbət bəsləyən, “yaxşı eləyir” deyən adamların da mənziıi olub və bu gün anlayırlar ki, Rusiya heç də yaxşı eləmir.

Ola bilsin, Moskvada mənzili, avtomobili vurulanların içində öz dövlətinin aqressor olduğunu qəbul edən, ürəyində Ukraynanın haqlı olduğunu düşünənlər də vardı. İndi onlar nə düşünürlər, anlamaq çətin deyil.

Nə ballistik raketin şüuru yoxdur ki, min kilometr uçandan sonra gedib Kiyevdə Rusiyaya ürəkdən nifrət edən, ona qarşı savaşanın evinə düşsün, nə də dronların ağlı kəsmir ki, qəlbən müharibəyə qarşı olan pasifistin evini dağıtmasın.

Müharibə belə şeydir, o məsum-təqsirkar, haqlı-haqsız tanımır, önünə, girinə keçəni xıncımlayıb keçir, odlara qalayır.

44 günlük müharibədə bizdən Xudayar kimi istedadlı, gözəl səsə malik hərbçi şəhid oldu, amma ermənilərdən də nadir səsi olan bir gənc erməni tenor həlak olmuşdu, sağ qalsaydı, dünyanın opera səhnələrinin yaraşığı olacaqdı. Dron və güllə istedadlı-istedadsız adam tanımır, onların hamısı hədəfdir.

Rusiya-Ukrayna savaşında da minlərlə, on minlərlə həm gənc, həm də istedadlı insan həlak olub, olur, minlərlə tikili dağılıb və dağılır.

Bu müharibə nə qədər davam edəcək bilinmir. İlk günlər "3 günə qurtarırı" deyirdilər, 3 gün 3 həftə oldu, sonra 3 ayda bitəcəyinə ümid yarandı, artıq qırğının ömrü 3 ili keçib, 5-dən xərclənir, amma sonu görünmür. 30 il çəkməz hər halda... 

Musavat.com

 

Seçilən
45
musavat.com

1Mənbələr