AZ

Azərbaycan - Slovakiya biznes əlaqələrinin gücləndirilməsi müzakirə edilib

“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüşmək xoş oldu.

Azərbaycan - Slovakiya münasibətlərinin davamlı inkişafını və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələləri vurğuladıq. Ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi, qarşılıqlı investisiyaların fəal təşviqi, sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
13
4
vergiler.az

5Mənbələr