Pakistanın Pəncab Hökumətində İnformasiya Texnologiyaları üzrə Direktor Məhəmməd Həsib Ənvər WUF 13-ə mənzil modellərini təmsil etmək üçün gəldiyini deyib.
O, bunu "Far.Az"a açıqlamasında WUF 13-də Pakistanın Pəncab Hökumətinə məxsus pavilyonda deyib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi evsiz insanlara ev verməkdir:
"Bu, hökumət tərəfindən maliyyələşdirilən bir layihədir. Biz əsasən evsiz Pakistan xalqına faizsiz kreditlər veririk. Proqramın əsas məqsədi budur. Pakistanda hökumətə məxsus olan ən böyük mənzil layihələrindən biridir. Biz əsasən burada Pəncab hökumətini təmsil edirik. Bu tədbirə görə Azərbaycana təşəkkür edirəm.
MƏLUMAT YENİLƏNİR