AZ

Zarina Mirabdulayeva: Dövlət qurumlarında könüllülərə ehtiyac daha da artacaq

“ASAN Xidmət”ə, yaxud başqa hansısa dövlət qurumuna, agentliyə, binaya gələndə bizi ilk könüllülər qarşılayır.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbanizasiyada ASAN Modeli: Dövlət Xidmətlərinin və Könüllülüyün rolu” adlı tədbirdə BMT Könüllüləri Proqramının (UNV) Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva deyib.

O qeyd edib ki, könüllülər insanların dövlət qurumu ilə bağlı təcrübəsini formalaşdırırlar:

“Halbuki dövlət qurumları ilə təmas bir çox hallarda gərgin, qarışıq olur. İnsan hara gedəcəyini bilmir, kimə müraciət edəcəyindən əmin olmur. Amma bu model bütün gərginliyi elə başlanğıcdan aradan qaldırır. Siz binaya daxil olursunuz və sizi kömək etməyə hazır olan, sizi qarşılamaq üçün orada olan biri qarşılayır və dərhal “hansı pəncərəyə yaxınlaşım?”, “hara gedim?” kimi stress aradan qalxır. Biz bunu gündəlik həyatda hər gün görürük.

O vurğukayıb ki, gələcəkdə bu ehtiyac daha da artacaq:

“Şəhərlər böyüyəcək, həyat daha gərgin olacaq. Biz urbanizasiyaya, texnologiyaya, innovasiyaya doğru gedirik. Bu, əlbəttə ki, vacibdir və qaçılmazdır. Amma bütün bu proseslərdə insan əlaqəsini itirsək, onda belə bir dünyada yaşamaq bizim üçün daha çətin olacaq. Mənim şəxsi fikrim budur. Könüllülər məhz bu əlaqəni yaradan körpüdürlər. Onlar bizi gündəlik proseslərlə, insanlarla, həyatla bağlayırlar. Mən könüllülük haqqında düşünəndə bir sual da ortaya çıxır. Böhran zamanı, böyük tədbirlərdə, fəlakətlərdə, iqlim problemləri zamanı ilk ortaya çıxan kim olur? Adətən siyasətçilərdən əvvəl, beynəlxalq təşkilatlardan əvvəl orada könüllülər olur. Gündəlik həyatda da belədir. Bu mövzuya toxunmağımın səbəbi odur ki, bu il Dayanıqlı İnkişaf üçün Beynəlxalq Könüllülük İlidir. Dayanıqlı inkişafdan danışırıqsa, könüllüləri gündəlik müzakirələrin bir hissəsinə çevirməliyik. Çünki könüllülük artıq ayda bir dəfə edilən təsadüfi fəaliyyət deyil. Bu, inkişafın arxasında duran böyük gücdür və biz buna belə baxmağa başlamalıyıq”.

Seçilən
12
2
apa.az

3Mənbələr