Lənkəran şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.Metbuat.az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən məlumat verilib. Bildirilib ki, mayın 19-da budama işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı hava xəttindən qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 9 saylı hava xəttindən qidalanan ərazilərdə isə saat 14:30-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.Qeyd olunub ki, ümumilikdə 9100 abonenti əhatə edən ərazilərdə fasilələr müşahidə ediləcək:"Sakinlərimizin nəzərə alması xahiş olunur"