“Neftçi” yayda müqaviləsi başa çatacaq oyunçulardan olan nigeriyalı yarımmüdafiəçi İfeaniye Meytunun barədə qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunun müqaviləsindəki “+1” bəndindən istifadə edəcək. Onunla 2027-ci ilin yayına qədər müqavilə bağlanacaq.
Metyu cari mövsüm “Neftçi” forması ilə 27 matçda çıxış edib. Yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub və 1 məhsuldar ötürmə edib.