AZ

Mavriki Prezidenti: "ASAN xidmət”lə əməkdaşlıq sazişinin hazırlanması prioritet istiqamətlərdəndir

Bu səfər Mavriki və Azərbaycanın birlikdə çalışaraq güclü, səmimi və dostluq münasibətləri qurması üçün əla fürsətdir.

 

Bu sözləri jurnalistlərə açıqlamasında Mavriki Respublikasının Prezidenti Daramber Qoxul söyləyib.

 

"Bu səhər mənə “ASAN xidmət”i ziyarət etmək imkanı yaradıldı və qətiyyətlə deyə bilərəm ki, burada gördüklərim, sadəcə, transformasiya deyil. Bu, Azərbaycanın həyata keçirdiyi bir inqilabdır. Mənə bildirildi ki, bu uğurlar Prezident İlham Əliyevin xidmətləri ictimaiyyət üçün daha əlçatan etmək və vətəndaşların həyatını asanlaşdırmaq vizyonunun nəticəsidir. Hesab edirəm ki, bu, hər bir hökumətin əsas məqsədi olmalıdır və hökumətiniz bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir",- deyə Mavriki Prezidenti vurğulayıb.

 

Daramber Qoxul Azərbaycanın təcrübəsindən öyrənəcəkləri çox şeyin olduğunu, prioritetlərindən birinin isə “ASAN xidmət”lə əməkdaşlıq sazişinin hazırlanması olacağını əlavə edib.

Tarix: 19 May 2026, 10:14   
Seçilən
23
pravda.az

1Mənbələr