AZ

"Bitcoin" ucuzlaşıb

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,11% azalaraq 76 871 ABŞ dollara, BNB-nin qiyməti 0,03% enərək 642 dollara düşüb. “XRP”in qiyməti isə 0,55% azalaraq 1,38 dollar təşkil edib.

Bununla yanaşı, bəzi əsas kriptovalyutalarda artım qeydə alınıb. Belə ki, “Ethereum”un qiyməti 0,58% yüksələrək 2 132 dollara, “Solana”nın qiyməti 0,23% artaraq 85,08 dollara çatıb. “TRON”un qiyməti 0,16% bahalaşaraq 0,3570 dollar, “Hyperliquid”in qiyməti isə 3,72% artaraq 47,53 dollar olub.

Stabil kriptovalyutalarda isə ciddi dəyişiklik müşahidə edilməyib. “Tether”in qiyməti 0,02% azalaraq 0,9992 dollar, “USDC”nin qiyməti isə 0,01% artaraq 0,9997 dollar təşkil edib. “Dogecoin”in qiyməti isə 1,72% azalaraq 0,1046 dollara enib.

Qeyd edək ki, son 24 saatda qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə 0,1% azalaraq 2,56 trilyon dollara enib.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr