AZ

Konte Napoli ilə müqaviləsini ləğv etməyə yaxındır

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır

"Napoli"nin məşqçilər heyətində böyük dəyişikliklər gözlənilir.

QOL.az xəbər verir ki, bu haqda insayder Canluka Di Marzio məlumat yayıb.

Bildirilir ki, klub və hazırkı baş məşqçi Antonio Konte qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etməyə hazırlaşırlar. Mauritsio Sarri onun yerinə əsas namizəd hesab olunur. Mənbənin məlumatına görə, ilkin əlaqələr artıq baş tutub və klub rəhbərliyi mütəxəssisin Neapola potensial qayıdışına nikbin yanaşır.

Antonio Konte komandadan gedəcəyi təqdirdə İtaliya millisinə rəhbərlik etmək variantını nəzərdən keçirə bilər.

Qeyd edək ki, A seriyasında sona1 tur qalmış "Napoli" 2-ci yerdədir və Çempionlar Liqasına vəsiqəni təmin edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
qol.az

4Mənbələr