AZ

Azərbaycanda oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
15
buta.tv

10Mənbələr