Ryanair-in baş maliyyə direktoru Neil Sorahan CNBC-yə verdiyi açıqlamada, təyyarə yanacağı böhranına cavab olaraq "qiyamət ssenarisi" hazırladıqlarını söyləyib. Sorahan deyib: "Hansısa qiyamət ssenarisi üçün planlarımız varmı? Əlbəttə ki, var, amma düşünmürəm ki, bu baş verəcək. Hazırda bu yay tam cədvəl üzrə fəaliyyət göstəririk və qışa qədər tam cədvəl üzrə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq".
Hafta.az yazır ki, Ryanair-in səhmləri bazar ertəsi günü tam illik mənfəətini açıqladıqdan sonra erkən ticarətdə 3,3 faiz düşüb.
Ryanair, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının davam edən blokadası səbəbindən yay yanacağının 80 faizini metrik ton üçün 668 dollardan hedcinq edib. Hedcinq olunmamış yanacağın qalan 20 faizi qiymət dəyişkənliyi səbəbindən artıb.
Sorahan aviaşirkətin "heç bir ləğv planlaşdırmadığını" bildirərək deyib: "Hazırda neft bazarları olduqca dəyişkəndir. Bir neçə aya nəzər salsaq, neft tədarükü ilə bağlı bəzi narahatlıqlarımız var idi, lakin bu yay neftlə bağlı heç bir problem olmayacağına getdikcə daha çox əminik".
Ryanair-in Avropanın Hörmüz boğazından asılılığının azalması və təchizatçıların ABŞ, Venesuela və Braziliya kimi ölkələrdən neft tədarük etməsi ilə reaktiv yanacaq tədarükü ilə bağlı "həddindən artıq narahat olmadığını" vurğulayan Sorahan əlavə edib: "Lakin düşünürəm ki, qiymətlər daha uzun müddət yüksək qalacaq və bu da güclü yanacaq qənaətimiz nəzərə alınmaqla Ryanair-i xüsusilə güclü mövqeyə qoyur".
Ryanair-in mart ayında bitən il üçün vergi sonrası mənfəətinin 40 faiz artaraq təxminən 2,3 milyard avroya yüksəldiyini, sərnişin axınının isə 4 faiz artaraq 208,4 milyona çatdığını bildirib.