AZ

Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq

ain.az, Turkstan.az saytına istinadən bildirir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VI Yazı

Son iki əsrdə “kə­lə­fin ucu”nu iti­rən ya da itir­di­lən Azər­bay­can türk­lə­ri bu dörd ide­ya­ya mü­na­si­bət­də sö­zün hə­qi­qi mə­na­sın­da, ye­tər­li or­taq bir məx­rə­cə hə­lə­lik, gə­lə bil­mə­yib­lər. An­caq o da bir hə­qi­qət­dir ki, bu ide­ya­lar­la bağ­lı iki əs­rə ya­xın­dır ay­rı-ay­rı­lıq­da, ya­xud da on­la­rın üst-üs­tə dü­şən və düş­mə­yən tə­rəf­lə­ri ilə əla­qə­dar xey­li də­rə­cə də cid­di el­mi-fəl­sə­fi, si­ya­si-ideo­lo­ji mü­la­hi­zə­lər irə­li sü­rül­müş, bu­nun­la bağ­lı yüz­lər­lə mə­qa­lə və ki­tab­lar ya­zıl­mış­dır və ya­zıl­ma­ğa da da­vam edir. Bu ide­ya­la­rın ay­rı-ay­rı­lıq­da və bir yer­də izah­la­rı ilə bağ­lı da­ha çox mil­li kon­sep­si­ya­nın əsas hə­dəf­lə­ri­nə ya­xın­la­şan Türk ay­dın­la­rı Cə­ma­ləd­din Əf­qa­ni, Hə­sən bəy Zər­da­bi, Əli bəy Hü­seyn­za­də, Mə­həm­məd Əmin Rə­sul­za­də, Cavad Heyət, Məhəmmədtağı Zehtabi və b. ol­muş­dur. Əgər XIX əsr­də C.Əf­qa­ni və H.Zər­da­bi mil­li fəl­sə­fi tə­fək­kü­rün ifa­də­sin­də ön pla­na çıx­mış­dır­lar­sa, XX əsr­də Ə.Hü­seyn­za­də və M.Ə.Rə­sul­za­də on­la­rın mil­li kon­sep­si­ya ilə bağ­lı dü­şün­cə­lə­ri­ni da­ha da mü­kəm­mə­ləş­dir­mə­yə ça­lış­mış­lar. Məhz on­la­rın sa­yə­sin­də də, mil­li kon­sep­si­ya­mı­zın dörd tə­məl ide­ya üz­rə­rin­də öz ək­si­ni tap­ma­sı­nın əsa­sı qo­yul­muş­dur.

Bir az da də­qiq­ləş­dir­sək gö­rə­rik ki, C.Əf­qa­ni ilə H.Zər­da­bi İs­lam­lıq, Türk­lük, İn­san­lıq­, Çağdaşlıqla bağ­lı dü­şün­cə­lə­ri­ni ye­ni tə­fək­kü­rə uy­ğun or­ta­ya qoy­du­ğu hal­da, Ə.Hü­seyn­za­də və M.Ə.Rə­sul­za­də bu­nu bir az da irə­li apa­ra­raq həm türk­lü­yü di­gər ide­ya­lar­­dan önə ke­çir­miş, həm də ona mil­li fəl­sə­fi dərk­lə uz­la­şan tə­rif­lə­r ver­mə­yə ça­lış­mış­lar. Baş­qa söz­lə, türk­lü­yün an­caq bir mil­li kim­lik de­yil, həm də bir fəl­sə­fə, dün­ya­gö­rüş ol­ma­sı­nı or­ta­ya qoy­ma­ğa ça­lış­­mış­lar. Əs­lin­də türk­lü­yə bu cür ba­xış is­lam­lıq və in­san­lıq­la ya­na­şı Türk dün­ya­gö­rü­şü­nün möv­cud­lu­ğu­nu da or­ta­ya qo­yur ki, bu da bü­tün Türk xalq­la­rı üçün vax­ti­lə var olub son­ra­lar unut­durul­ma­ğa ça­lı­şı­lan va­hid mil­li fəl­sə­fi tə­fək­kü­rün ye­ni­dən tə­şək­kü­lü­nə he­sab­lan­mış­dır. Biz­cə, bu­ra­da ümu­mi an­lam­da Türk­lük (Tu­ran ideyası) da­ha çox fəl­sə­fi, dün­ya­gö­rüş xa­rak­ter da­şı­dı­ğı hal­da (Ə.b.Hü­seyn­za­də­nin for­mu­lu), xü­su­si an­lam­da isə yal­nız fəl­sə­fi tə­fək­kü­rü de­yil, mil­li-məhəlli və əxlaqi-mədəni kim­li­yi (Azər­­bay­can türk­lü­yü, Tür­ki­yə Türk­lü­yü, Ta­ta­rıs­tan türk­lü­yü, Tür­küs­tan türk­lü­yü və b.) də özün­də əks et­dirmiş­dir (M.Ə.Rə­sul­za­də­nin for­mu­lu).

Mil­li-mə­həl­li türk­lük ide­ya­sı­nın ən ba­riz ör­nək­lə­rin­dən bi­ri Azər­­bay­­can türk­lü­yü ide­ya­sı­dır ki, bu­nu bəl­li bir döv­rə qə­dər (xü­su­si­lə də I Dün­ya mü­ha­ri­bə­si döv­rü­nə qə­dər) bir çox­la­rı Qaf­qaz türk­lü­yü ki­mi ba­şa düş­müş­lər. Tə­sa­dü­fi de­yil ki, Ə.Hü­seyn­za­də­nin də mil­li kon­sep­si­ya­sın­da məhz dörd ide­ya­dan bi­ri Azər­bay­can türk­lü­yü de­yil, Qaf­qaz türk­lü­yü idi: 1) Qaf­qaz­lı­yız, 2) İs­la­mız, 3) Tür­küz, 4) İn­sa­nız. Sa­də­cə, Əli bəy Hü­seyn­za­də­nin mil­li konsepsiyasında, ya da milli fəl­sə­fə­sin­də hər şey ümu­mi­dən xü­su­si­yə doğ­ru hə­rə­kət et­di­yi üçün, Türk­lük, İs­lam­lıq, İn­san­lıq ki­mi Qaf­qaz­lı­lıq da bun­dan xa­li ol­ma­mış­dır. Yə­ni Hü­seyn­za­də­nin bu­ra­da nə­zər­də tut­du­ğu “Qaf­qaz­lı­yız” an­la­yı­şı yal­nız Azər­bay­can türk­lə­ri­ni de­yil, bü­tün Qaf­qaz türk­lə­ri­ni (yəni Azərbaycan türkləri ilə yanaşı noqayları, karaimləri, qaraçayları, balkarları, kumıkları və başqlarını) öz içi­nə alan bir dəyər idi.

M.Ə.Rə­sul­za­də isə Ə.Hü­seyn­za­də­dən fərq­li ola­raq, bir qə­dər də konk­ret­li­yə va­ra­raq Qaf­qaz türk­lü­yü­nü de­yil, ümum­­türk­lük için­də Azər­bay­can türk­lü­yü­nü mü­da­fiə et­miş­dir. Bu­ra­da­kı Azər­bay­can türk­lü­yü isə yal­nız Çar Ru­si­ya­sı­nın iş­ğa­lı al­tın­da olan Qu­zey Azər­bay­can türk­lü­yü (Borçalı, Dərbənd, İrəvan, Quba, Gəncə, Naxçıvan, Lənkəran, Bakı, Qazax, Şəki, Qarabağ türkləri və başqaları) ilə məh­dud­laş­mır və Qa­car­lar döv­lə­ti­nin tər­ki­bin­də olan Azər­bay­can türk­lü­yü­nü (Miyanə, Təbriz, Tehran, Ərdəbil, Qum, Qaşqay, Həmədan, Mərənd, Zəncan, Xoy, Urmu, Soyuqbulaq, Şəbüstər türklərini və başqalarını) də özün­də bir­ləş­­di­rir­di. Məhz Rə­sul­za­də­nin dü­şün­cə­lə­ri­nin məh­su­lu ola­raq da 1-ci Dün­ya mü­ha­ri­bə­­si döv­rün­də Qaf­qaz türk­lü­yü­nün ye­ri­ni Azər­bay­can türk­lü­yü tut­ma­ğa baş­la­yır. Bu­nun­la da bir tə­rəf­dən mil­li-mə­həl­li türk­lü­yün in­ki­şafı­nın va­cib­li­yi, di­gər tə­rəf­dən isə onun ən ba­riz ör­nə­yi ki­mi Azər­bay­can türk­lü­yü­nün mil­li fəl­sə­fi dər­ki or­ta­ya çı­xır­dı. Bu­ra­da­kı mil­li-mə­həl­li türk­lü­yün adı­nın Azər­bay­can türk­lü­yü ki­mi ifa­də­si, keç­miş­­də­ki (Ku­ti, Su­bar, Tu­ruk­ku, Man­na, Mi­di­ya, Səl­cuq, Baharlı, Bayandırlı, Qa­ra­qo­yun­lu, Sə­fə­vi­lər, Əf­şar­lar, Qa­car­lar və b.) ey­ni­­li­yin ye­ni­dən can­lan­ma­sın­dan baş­qa bir şey de­yil­dir. Bu­nu də­fə­lər­lə ifa­də edən Rə­sul­za­də­nin fəl­sə­fə­sin­də də dörd ide­ya bu cür şə­kil­lən­­miş­dir: 1) Türk­lük, 2) İn­san­lıq, 3) İs­lam­lıq, 4) Azər­bay­can­lıq. Biz­cə, bu­ra­da­kı türk­lük əgər mil­li-mə­həl­li xa­rak­ter kəsb edərsə Azər­bay­­can türk­lü­yü, an­caq ümu­mi xa­rak­ter da­şıdığı halda Türk bir­li­yi ki­mi ifa­də olun­ma­lı­dır. Be­lə ol­du­ğu təq­dir­də, mil­li kon­sep­si­ya­mı­zın əsas ma­hiy­­yə­ti­ni aşa­ğı­­da­kı dörd­lük təş­kil et­mə­li­dir: 1) Türk­lük (Azər­bay­can türk­lü­yü), 2) Tu­ran­çı­lıq-Türk­çü­lük (Türk fəl­sə­fə­si), 3) İs­lam­lıq, 4) İn­san­lıq.[1]

Be­lə­lik­lə, biz türk­lü­yü iki an­lam­da dərk et­mə­li­yik: Bi­rin­ci­si, Türk­lük mil­li-mə­həl­li xa­rak­ter da­şı­yır və Azər­bay­can türk­lü­yü­nü özün­də ifa­də edir. Bu hal­da da türk­lük və azər­bay­can­lı­lıq bir-bi­ri­nin ey­ni­li­yi­dir. 1918-ci il­də qu­ru­lan Türk Cüm­hu­riy­yə­ti­nə “Azər­bay­can” adı ve­ri­lər­kən də məhz bu ey­ni­lik­dən çı­xış edil­miş­dir. Doğ­ru­dur, o za­man “Azər­bay­can” sö­zü hər­fi mə­na­da da­ha çox “od­lar yur­du” ki­mi ba­şa dü­şül­müş­dür. An­caq çox ma­raq­lı­dır ki, bu za­man türk­lük­lə üst-üst dü­şən əsas mə­sə­lə ki­mi “ta­ri­xi-çoğ­ra­fi Azər­bay­can”da əsa­sən Oğuz, qis­mən də Qıp­çaq Türk boy­la­rı­nın va­hid mil­lət ki­mi ey­ni di­lə, mə­də­niy­yə­tə, ədə­biy­ya­ta, adət-ənə­nə­lə­rə, tarixə, fəl­sə­fə­yə sa­hib ol­ma­sı mü­hüm rol oy­na­mış­dır. Bu ba­xım­dan “Azər­bay­can” an­la­yı­şı­­nın fars­ca “od­lar yur­du” ki­mi uy­du­rul­muş iza­hı be­lə, heç bir mə­na kəsb et­mə­miş­dir və bu gün də et­mir. Çün­ki “Azər­bay­can Cüm­hu­riy­­yə­ti” adıy­la ya­na­şı or­ta­ya çı­xan Oğu­zus­tan, Xə­zə­ris­tan (Xəzərbaycan) ad­la­rı da əs­lin­də bir-bi­ri­nin ey­niy­yət­dir. Bu za­man “Azər­bay­can” is­ti­la­hı hər­fi mə­na­da da “od­lar yur­du” de­yil, elə Oğuz­lar öl­kə­si, Xə­zər­lər öl­kə­si, Türk­lərin yurdu (Türk yurdu) de­mək­dir.[2]

İkin­ci­si, Türk, Türk­lük sosial-fəlsəfi anlamda ümum türk­lü­yü (Türk fəl­sə­fə­si­ni, Türk dün­ya­gö­rü­şü­nü) ifa­də edir və Türk xalq­la­rı­nın or­taq ta­ri­xə, fəl­sə­fə­yə, ədə­biy­ya­ta, dün­ya­gö­rü­şə sa­hib­lən­mə­si­nə əsas­la­nır. Bu hal­da isə türk­lük Azər­bay­can türkçü­lü­yü (azər­bay­can­lı­lıq) ilə ya­na­şı di­gər mil­li-mə­həl­li Türk ide­ya­la­rı­nı (Tür­ki­yə türk­lü­yü, Qa­za­xıs­tan türk­lü­yü, Ta­ta­rıs­tan türk­lü­yü, Uy­ğu­rus­tan türk­lü­yü, Krım türk­lü­yü, Öz­bə­kis­tan türk­lü­yü, Baş­qır­dıs­tan türk­lü­yü və b.) özün­də ifa­də edir. Bu priz­ma­­dan ya­naş­saq, Türk dün­ya­gö­rü­şü­nün, Türk fəl­sə­fə­si­nin son əsr­də yal­nız Tür­ki­yə türk­lə­ri­nin bo­yun­­u­na bi­çil­mə­si, bu­na uy­ğun ola­raq da Türk mə­də­niy­yə­ti, Türk di­li, Türk fəl­sə­fə­si, Türk ta­ri­xi de­dik­də, an­caq Tür­ki­yə türk­lü­yü­nü ba­şa düş­mək kö­kün­dən yan­lış­dır. Tür­ki­yə türk­lü­yü mil­li-mə­həl­li türk­lük ide­ya­la­rın­dan yalnız bi­ri olub, ümum türk­lü­yün sa­də­cə bir par­ça­sı­dır. Yə­ni Tür­ki­yə türk­lü­yü di­gər mil­li-mə­həl­li türk­lük ide­ya­la­rın­dan (Azər­bay­­can türk­lü­yü, Qır­ğı­zıs­tan türk­lü­yü, Uy­ğu­rus­tan türk­lü­yü, Ta­ta­rıs­tan türk­lü­yü, Baş­qır­dıs­tan türk­lü­yü, Krım türk­lü­yü və b.) bi­ri olub, sa­də­cə son əsr­də, xü­su­si­lə Türkiyə Cümhuriyyətinn qurucusu Mustafa Kamal Ata­tür­kün sa­yə­sin­də öz müs­tə­qil­li­yi­ni qo­ru­yub sax­la­ma­sı və türk­lü­yün ümid qa­la­sı ki­mi möv­cud­lu­ğu­na gö­rə ön pla­na çıx­mış­dır. Atatürk “Türk milləti” dedikdə, Türk dünyagörüşünə, Türk əxlaqına sahib olanları nəzərdə tuturdu. Yəni buradakı “Türk milləti” qavramı yalnız gen-qan, soy, dil birliyinə görə deyil, ümumilikdə əxlaqı, inancı, dünyagörüşü bir olanlara aid idi.

Be­lə­lik­lə, bu­ra­da ifa­də et­mək is­tə­di­yi­miz əsas mə­sə­lə odur ki, mil­li kon­sep­si­ya­mı­zın tə­məl ide­ya­la­rı­nı doğ­ru-dü­rüst mə­nim­sə­­mə­­dik­cə dai­ma prob­lem­lər için­də ya­şa­ma­lı ola­ca­ğıq. Baş­qa söz­lə, çar Ru­si­­ya­sı döv­rün­də Azər­bay­can türk­lə­ri­nin nə­dən “ta­tar”, So­vet Ru­si­ya­­sı döv­rün­də “azər­bay­can­lı”, Pəh­lə­vi­lərlə İran İslam re­ji­mlərin­də “per­si­ya­lı”, “iran­lı” və bu­na uy­ğun ola­raq di­li­nin də “ta­tar di­li”, “Azər­bay­can di­li”, “azə­ri di­li” ad­lan­dı­rıl­ma­sı­nın əsil ma­hiy­­yə­ti­ni or­ta­ya qoy­ma­dan mil­li kon­sep­si­ya­dan, mil­li fəl­sə­fə­dən, mil­li yoldan da­nış­maq mə­na­sız­dır. Əs­lin­də fa­si­lə­siz ola­raq mil­li kim­li­yi­nin və mil­li di­li­nin “ta­tar”, “azər­bay­can­lı”, “iran­lı”, “azə­ri”, “per­si­ya­lı” ol­ma­dı­ğı­nı mü­da­fiə et­mək­lə məş­ğul ol­ma­ğın özü be­lə hə­min mil­lə­ti öl­gün­ləş­di­rir, qut(ruh)suz­laş­dı­rır, öz­gə­ləşdirir.

[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).

Üç cilddə, II cild (Birinci kitab).Bakı, “Elm və təhsil”, 2023, s.27

[2] Türkel, Y. Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları. Bakı, Təknur, 2010, s.27, 62

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
icma.az

2Mənbələr