AZ

Bu üsulla taxta qaşıqları cəmi 5 dəqiqəyə ilk günkü halına qaytarın

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mətbəxdə tez-tez istifadə edilən taxta qaşıqlar hər yumada təmiz görünsə də, əslində onların məsamələrində gözəgörünməz təhlükə gizlənir. Adi yuyucu vasitələrin təmizləyə bilmədiyi dərin qatlara yığılan yağ və yemək qalıqlarını cəmi bir neçə dəqiqəyə üzə çıxarmaq mümkündür.Demokrat.az xəbər verir ki, bunun üçün tətbiq edilən xüsusi üsul mətbəxdəki təmizlik qaydalarını tamamilə dəyişir. Mikrobların məskəninə çevrilən bu mətbəx əşyalarını atmaq əvəzinə, sadə üsulla onları ilkin halına qaytarmaq olar. Sosial şəbəkələrdə geniş yayılan bu təmizlik sınağının nəticəsi görənləri təəccübləndirir.Taxta strukturu etibarilə hopdurucu xüsusiyyətə malikdir. Yemək bişirərkən istifadə olunan yağlar, souslar və yuyucu tozların qalıqları zamanla həmin məsamələrə dolur. Kənardan təmiz görünən qaşıq hər dəfə isti xörəklə təmasda olduqda həmin yığılan qalıqlar yenidən qazana qarışır.Bu təmizlik üsulunu yoxlamaq üçün dərin qab, qaynar su və bir xörək qaşığı soda kifayət edir. Dərin qaba qaynar su doldurulur, içərisinə soda əlavə edilib qarışdırılır. Tam təmiz olduğuna əmin olduğunuz taxta qaşıq həmin suya qoyulur və beş dəqiqə gözlənilir. Saniyələr ərzində suyun rənginin necə bulandığını və səthə çıxan yağ təbəqəsini görmək olur.Qaşıqlardan həm də hopmuş yemək qoxularını yox etmək üçün qarışığa yarım fincan ağ sirkə əlavə etmək faydalıdır. Sirkə taxtanın liflərinə qədər nüfuz edərək pis qoxuları aradan qaldırır və təbii dezinfeksiyaedici rolunu oynayır.Belə dərin təmizliyi ayda bir dəfə təkrarlamaq kifayətdir. Qaşıqların çatlamasını önləmək və mikrob yığılmasını azaltmaq üçün bəzi qaydalara əməl edilməlidir. Taxta əşyaları qabyuyan maşına qoymaq olmaz. Yüksək temperatur və kimyəvi vasitələr taxtanı qurudur, çatların yaranmasına səbəb olur. Təmizlikdən sonra yaxşıca quruyan qaşıqları zeytun yağı ilə silmək onların məsamələrini qapadaraq qoruyucu təbəqə yaradır. Yuduqdan sonra onları günəş işığında qurutmaq mikrobların yaranmasının qarşısını alan ən təbii üsuldur.Yəni mətbəxdə hər gün istifadə etdiyimiz taxta qaşıqlar kənardan təmiz görünsə də, içində çoxlu çirk və yağ yığılıb qalıb. Onları qaynar su, soda və sirkə qarışığında cəmi beş dəqiqə saxlamaqla tamamilə təmizləmək və təhlükəsiz vəziyyətə gətirmək mümkündür.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
demokrat.az

1Mənbələr