AZ

İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin sağlamlıq vəziyyətini açıqladı

ABŞ və İsrailin bombardmanları zamanı İranın Ali rəhbəri Müctəba Xameneinin aldığı xəsarətlər onun xarici görünüşünü eybəcər hala salmayıb.

Missiya.Az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur məlumat verib.

O bildirib ki, Xameneinin xəsarətləri hər hansı bir bədən üzvünün amputasiyasına və ya əlilliyə səbəb olmayıb:

"Ali rəhbərin aldığı travmalar onun üzünün və ya ümumilikdə xarici görünüşünün eybəcərləşməsi ilə nəticələnəcək xarakterdə deyil", - deyə Kermanpur vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, Tehranın mərkəzindəki iqamətgaha endirilən zərbədən sonra 56 yaşlı Xameneinin üzü tanınmaz hala düşüb, həmçinin hər iki ayağı ciddi zədələnib.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
15
7
missiya.az

10Mənbələr