AZ

Karpatlarda ölüm yolu: ukraynalılar səfərbərlikdən belə qaçır

Ukraynada səfərbərlik və müharibədən yayınmağa çalışan şəxslərin Karpat dağları vasitəsilə Rumıniyaya keçidi ilə bağlı Almaniyanın “BILD” nəşri geniş reportaj hazırlayıb.

Musavat.com xəbər verir ki, reportajda jurnalistlər rumıniyalı xilasedicilərlə birlikdə qeyri-qanuni keçid marşrutlarından birini izləyib və dağ yollarının xəritəsini təqdim ediblər.

Materialın əsas qəhrəmanı İvano-Frankovsk vilayətindən olan 26 yaşlı Vasildir. Bildirilir ki, o, hərbi çağırış vərəqəsi aldıqdan sonra Karpat dağları vasitəsilə Rumıniyaya keçməyə qərar verib.

Məlumata görə, xilasedicilər onu ağır hipotermiya vəziyyətində tapıblar. Vasili komaya düşüb və ürəyi dayanıb. Həkimlər onun həyatını xilas etsələr də, donvurma nəticəsində hər iki böyrəyini itirib və hazırda dializlə yaşayır.

Rumıniya xidmətlərinin məlumatına əsasən, müharibə başlayandan bəri təxminən 32 min ukraynalı Karpatlar üzərindən qeyri-qanuni şəkildə ölkəyə daxil olub.

BILD yazır ki, indiyədək azı 39 nəfər dağlarda həyatını itirib, xilasedicilər isə təxminən 400 dəfə axtarış və təxliyə əməliyyatına çıxıblar.

Qeyd olunur ki, bir çox insan sərhədçilərin diqqətini cəlb etməmək üçün lazımi avadanlıq olmadan yola çıxır və nəticədə Karpat dağları onlar üçün cəbhədən daha təhlükəli olur.

 

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr