AZ

36 gün fərqlə DÜNYADAN KÖÇDÜLƏR Ölən kursantların hekayəsi...

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 11-ci sinif şagirdi vəfat edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, kursant İslamov Məzahir bu gün səhər saatlarında dünyasını dəyişib.

Belə ki, kursantın ölümü ilə bağlı ilginc detal üzə çıxıb.

O, ötən ayın 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında naməlum şərait vəfat edən Əsəd İsmayıllı ilə yaxın dost olub.

İslamovun yaxınları qeyd edir ki, Məzahir Əsədin ölümündən çox təsirlənmişdi: 

"Əsəd bizdən 1 yaş böyük idi. Akademiyada təhsil alırdı. Məzahirlə çox yaxın idilər. Ölümü onu çox sarsıtmışdı. Hər gün onunla bağlı paylaşımlar edirdi. Bizə tez-tez deyirdi ki, hiss edirəm, Əsədlə görüşəcəyəm. Elə də oldu. Hər ikisi də xatirəmizdə yaxşı kursant yoldaşı kimi qaldılar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
bakivaxti.az

1Mənbələr