Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Turan Tovuz" bir qədər əvvəl sosial şəbəkə hesabında azarkeşlərinə müraciət ünvanlayıb: "Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşması məqsədilə "Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.
Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərininin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının XXXIII turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.
Dəyərli "Turan" ailəsi!
Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlərgücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdi".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta