“Turan Tovuz” Misli premyer-liqasında sonuncu - 33-cü turda “Sabah”la ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.
"Football-plus.az" xəbər verir ki, rəsmi məlumatda buna səbəb kimi Tovuz şəhər stadionunda təmir-bərpa işləri göstərilib:
“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşmaq məqsədilə “Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.
Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən "Turan Tovuz" - "Sabah" oyunu "Bank Respublika Arena"da keçiriləcək.
Xatırladaq ki, 2026/27 mövsümündə "Turan Tovuz" Konfrans Liqasında çıxış edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta