AZ

Paşinyandan Qarabağ ermənilərinə ağır zərbə: “Niyə sağ qaldınız?”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı keçmiş separatçı elitanı və Ermənistan müxalifətini sərt şəkildə hədəfə alıb.

Musavat.com xəbər verir ki, Paşinyan çıxışında Qarabağdan olan keçmiş qondarma rəhbərlərin və onları dəstəkləyən siyasi qüvvələrin Ermənistanı yeni qarşıdurmalara sürükləməyə çalışdığını bildirib.

Paşinyan deyib ki, “beş min qurban” haqqında danışan şəxslər əvvəlcə özlərinin niyə sağ qaldıqlarını izah etməlidirlər:

“Minlərlə Ermənistan gənci onlar üçün öldü, amma onlar sağ qalıblar və indi Ermənistana gəlib yenidən daxili toqquşmaları qızışdırmaq, ölkəni xarici qarşıdurmalara cəlb etmək istəyirlər”.

Baş nazir bildirib ki, Qarabağdakı “saxta elita” həm Qarabağ ermənilərini, həm də Ermənistan xalqını girov saxlayıb və hazırkı siyasi proses nəticəsində “diz çökdürülməlidir”.

Paşinyan çıxışında “Çiçəklənən Ermənistan”, “Güclü Ermənistan” və “Ermənistan” ittifaqını “üçbaşlı müharibə partiyası” adlandırıb.

Onun sözlərinə görə, “Ermənistan” adından istifadə edən siyasi qüvvələr bu adı “qanunsuz əldə olunmuş əmlak kimi” daşıyırlar və həmin ad onlardan alınmalıdır.

Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti qarşıdakı siyasi gündəmi məhz bu istiqamətdə həyata keçirməyə çalışacaq.

 

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr