İsrailə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla ağır hərbi-nəqliyyat təyyarəsinin gəldiyi bildirilir.
Musavat.com xəbər verir ki, “Əl Cəzirə” telekanalı və İsrailin Kanal 13 telekanalının yaydığı məlumata görə, həmin təyyarələr sursat və hərbi yüklərlə İsrailə göndərilib.
Məlumata əsasən, yük təyyarələri ABŞ-nin Almaniyadakı hərbi bazalarından havaya qalxıb. Bildirilir ki, daşımalar Vaşinqtonun İranla bağlı mümkün hərbi ssenariləri müzakirə etdiyi bir vaxtda həyata keçirilir.
Musavat.com