AZ

“Xankəndi” I Liqaya vəsiqə qazandı

Futbol üzrə Azərbaycan II Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, sonuncu – XXVII turda səfərdə “Şəmkir” üzərində 1:0 hesablı qələbə qazanan “Xankəndi” çempionluğunu rəsmiləşdirib və I Liqaya vəsiqə əldə edib.

Komanda mövsümü 76 xalla birinci pillədə başa vurub.

Ən yaxın izləyici “Qaradağ Lökbatan” isə 71 xalla ikinci yeri tutub. Lökbatan təmsilçisi I Liqanı 9-cu sırada tamamlayan komanda ilə pley-off oyununda qarşılaşacaq.

Seçilən
36
90deqiqe.az

1Mənbələr