29 yaşlı amerikalı məşjur bloqçu və boksçu Ceyk Pol irlandiyalı Konor Makqreqorla Maks Hollouey arasında döyüşün baş tutacağı barədə açıqlamaya sərt reaksiya verib.
Onların döyüşü 11 iyulda ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək UFC 329-un əsas döyüşü olacaq.
Hakimiyyet.az xəbər verir ki, “talkSPORT” Polun sözlərini sitat gətirib:
“Oh, narkoman geri döndü. Əla. Bu, onların nə qədər həssas olduqlarını göstərir. Bu özünəinamsız balaca uşaqlar tədbirimizə qarışmağa və bizi xəbərlərlə boğmağa çalışırlar – bu, işə yaramayacaq, dostum”.(publika)