AZ

Türkiyədə adambaşına düşən gəlir artıb - Ərdoğan

Dünyada proteksionist meyillərin gücləndiyi, ticarət rəqabətinin isə daha da sərtləşdiyi bir dövrdə Türkiyə iqtisadiyyatının həcmi 1,6 trilyon dollara yüksəlib, adambaşına düşən gəlir isə 18 min dolları ötüb.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Ticarət və Sənaye Palataları və Birjaları Birliyində keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkiyənin yerləşdiyi bölgədə münaqişələrin davam etməsinə baxmayaraq, ötən ilin yekunlarına görə, ölkə iqtisadiyyatı 3,6 faiz artıb:

“Xarici ticarət dövriyyəsi 820 milyard dollara çatıb. Məhsul və xidmət ixracı 396 milyard dollar təşkil edib. Yaxın vaxtlarda ixrac həcmi 400 milyard dolları keçəcək”.

Seçilən
4
6
moderator.az

10Mənbələr