ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Avtoyuma məntəqəsinin xanım əməkdaşı bıçaqlanıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Orenburq şəhərində baş verən hadisə kameraya düşüb. Belə ki, hələlik məlum olunmayan səbəblərdən naməlum şəxs avtoyuma məntəqəsinin xanım əməkdaşını təqib etməyə başlayıb. Bir müddət sonra küçənin ortasında qadının üzərinə şığıyaraq onu yerə yıxaraq üzərindəki kəsici-deşici alətlə qadına ard-arda 26 zərbə endirib və daha sonra hadisə yerindən qaçıb.
Son məlumatlara görə, möcüzə nəticəsində sağ qalan zərərçəkmiş qadın xəstəxanaya yerləşdirilib. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparır.
Hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb və qaçan şübhəlinin saxlanılması istiqamətində genişmiqyaslı axtarış tədbirləri həyata keçirir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.