AZ

Dilənçi Cem Yılmaza qarğış etdi baxın, nəyə görə VİDEO

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur türkiyəli komediya ustası Cem Yılmaz stomatoloji müalicədən çıxdıqdan sonra küçədə gözlənilməz və xoşagəlməz bir hadisə ilə qarşılaşıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, narkozun təsiri altında olan və danışmaqda çətinlik çəkdiyini bildirən sənətçi avtomobilinə doğru hərəkət edərkən ona bir dilənçi yaxınlaşıb və pul istəyib. Cem Yılmazın heç bir reaksiya vermədən yoluna davam etməsi qarşı tərəfi hiddətləndirib.

İstədiyi köməyi ala bilməyən dilənçi onun arxasınca uca səslə, "Bir kömək etsənə, Allah bəlanı versin!" deyə qışqırıb.

Qeyd edək ki, Cem Yılmazın ötən il lentə alınmış bu görüntüləri yenidən sosial şəbəkələrdə gündəm olub və geniş müzakirələrə səbəb olub.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
lent.az

1Mənbələr