AZ

Valideynin əsəb və gərginliyi uşağa- necə keçir?



Uşaq sadəcə deyilən sözləri yox, evdəki enerjini, tonu, qorxunu və gərginliyi də hiss edir. Xüsusilə kiçik yaşlarda uşağın sinir sistemi valideynin emosional vəziyyətinə çox bağlı olur.

Ana və ya ata uzun müddət:
stres içindədirsə,
qorxu yaşayırsa,
tez əsəbiləşirsə,
davamlı gərgindirsə, uşaq bunu şüursuz şəkildə hiss etməyə başlayır.

Medicina.az gərgin valideynin uşağa necə təsir etdiyini araşdırıb:

1. Sinir sistemi ilə

Uşaqlar valideynin səsini, baxışını, nəfəsini və davranışını oxuyurlar. Evdə davamlı gərginlik varsa, uşaq beyni bunu “təhlükə” kimi qəbul edə bilər.

2. Emosional atmosfer, mühit

Valideyn “mən yaxşıyam” desə belə, daxildə qorxu və narahatlıq varsa, uşaq bunu hiss edə bilir.

3. Davamlı qorxu və təzyiqlə

Qışqırıq, konflikt, soyuqluq və emosional məsafə uşağın sinir sistemini yorur.

Uşaqda nə baş verə bilər?

Həddən artıq həssaslıq
Tez ağlama
Aqressiya
Qorxular
Gecə oyanmaları
Diqqət dağınıqlığı
Tiklər və dırnaq yemə
Qarın ağrısı
Bağırsaq problemləri
Özünə qapanma
Hiperaktiv davranış
Özünü təhlükədə hiss etmək

Bəzi uşaqlar səsli reaksiya verir, bəziləri isə tam susur və içinə çəkilir.


Uşaq niyə belə olur?


Çünki uşağın beyni düşünür: “Əgər anam və ya atam təhlükədədirsə, deməli mən də təhlükədəyəm.”

Uzun müddət davam edən emosional gərginlik uşağın sinir sistemini həddindən artıq həssaslaşdıra bilər.

Ən vacib məqam

Valideyn mükəmməl olmaq məcburiyyətində deyil. Amma uşağın ən çox ehtiyac duyduğu şey:
təhlükəsizlik hissi,
sakit əlaqə,
emosional yaxınlıqdır.
Bəzən uşağın davranışı problem deyil… Ev içində yığılan görünməz gərginliyin əksidir.

Aygün Musayeva


Seçilən
28
3
medicina.az

4Mənbələr