AZ

AQTİ nin səyyar laboratoriyası WUF13 də: Dəqiq və operativ nəzarət

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar qida laboratoriyası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində fəaliyyətini uğurla davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriyada tədbir zamanı istehlak olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri operativ şəkildə yerində müayinədən keçirilir.

Səyyar qida laboratoriyası beynəlxalq standartlara uyğun fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqlarının aparılması üçün zəruri cihaz və müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyaya təqdim edilən nümunələr qısa müddətdə analiz edilir və nəticələr operativ qaydada qiymətləndirilir.

Qeyd edək ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbir zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
4
azertag.az

5Mənbələr