Futbol üzrə Azərbaycan II Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
Lider “Xankəndi” səfərdə “Şəmkir”i 1:0 hesabı ilə məğlub edib. Xallarını 76-ya yüksəldən komanda çempion olub və növbəti mövsüm I Liqada mübarizə aparacaq. 70 xalı olan “Qaradağ Lökbatan” isə 2-ci yeri tutub.
Onlar I Liqada 9-cu olan kollektivlə pley-off matçına çıxacaqlar.