Ukrayna və Azərbaycan dayanıqlılığın, güclü infrastrukturun və müasir şəhər inkişafının dəyərini başa düşür. Çünki Ukrayna dörd ildən çox davam edən tammiqyaslı müharibə ilə üz-üzədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlər Sammitində Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba deyib.
O qeyd edib ki, bütün dünyada yaşayış məskənlərinin böhranı çox böyük sosial problemə çevrilib: “Bu səbəbdən WUF13-ə ev sahibliyi edən Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına minnətdarlığımı bildirirəm. Müzakirələrin Bakıda aparılması isə bizim üçün olduqca önəmlidir”, - deyə Ukrayna Baş nazirinin müavini bildirib.