AZ

II Liqada çempion bəlli oldu

Futbol üzrə Azərbaycan II Liqasında 2025/2026 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider "Xankəndi" səfərdə "Şəmkir"i 1:0 hesabı ilə məğlub edib. Xallarını 76-ya yüksəldən komanda çempion olub və növbəti mövsüm I Liqada mübarizə aparacaq. 70 xalı olan "Qaradağ Lökbatan" isə 2-ci yeri tutub. Onlar I Liqada 9-cu olan kollektivlə pley-off matçına çıxacaqlar.

II Liqa, XXVII tur

18 may

"Şirvan" - "Qaradağ Lökbatan" 2:2

Qollar: E.Xəlilov, 23, 75 - İ.Əliyev, 31, A.Mikayılov, 90+5 ((pen)

"Şəmkir" - "Xankəndi" 0:1

Qol: E.Nəsibov, 4

Qırmızı vərəqə: B.Teymurov, 49 ("Xankəndi")

"Quba" - "Dinamo" 3:1

Qollar: B.Köçərli, 47, V.Cəfərov, 77, 86 - Y.Qarayev, 65

Qırmızı vərəqə: E.Cahangirli, 67 ("Dinamo")

saytlarin hazirlanmasi

Seçilən
48
1
sportal.az

2Mənbələr